Bank Of Baku

Azərbaycan Dövlət İncəsənət Muzeyində Koreyaya həsr olunmuş “Təbiət, ətraf mühit və yaşıl inkişaf” adlı fotosərgi açılıb - FOTOSESSİYA

Azərbaycan Dövlət İncəsənət Muzeyində Koreyaya həsr olunmuş “Təbiət, ətraf  mühit və yaşıl inkişaf” adlı fotosərgi açılıb - <font color=red>FOTOSESSİYA</font>
# 21 dekabr 2011 12:49 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Azərbaycan Dövlət İncəsənət Muzeyində Koreyaya həsr olunmuş “Təbiət, ətraf mühit və yaşıl inkişaf” adlı fotosərgi açılıb. APA-nın məlumatına görə, sərginin təşkilatçısı Koreyanın Azərbaycandakı səfirliyidir.

Sərgidə Cənubi Koreyanın mənzərələrindən ibarət fotolar nümayiş olunur. Tədbirin açılış mərasimində çıxış edən səfir Li Ji-Ha iki ölkə arasında münasibətlərin inkişaf etdiyini, Azərbaycanla Koreyanın nəqliyyat, tikinti, təhsil və mədəniyyət sahəsində sıx əməkdaşlıq qurduğunu deyib. Səfirin sözlərinə görə, Koreyanın yeni “yaşıl inkişaf” mexanizmini səciyyələndirən bu sərgi iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinə həsr olunub. Tədbirdə ictimai xadimlər, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun rəhbərləri iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR