Bank Of Baku

Azərbaycan Ümumdünya Mədəniyyətlərarası dialoq Forumunun İşçi Qrupunun iclasında iştirak edir

Azərbaycan Ümumdünya Mədəniyyətlərarası dialoq Forumunun İşçi Qrupunun iclasında iştirak edir
# 21 dekabr 2011 14:09 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Fransanın Strasburq şəhərində Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun İşçi Qrupunun növbəti iclası keçirilir. İclasda mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, nazirliyin beynəlxalq təşkilatlarla əməkdaşlıq və proqramlar sektorunun müdiri Vasif Eyvazzadə, Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Arif Məmmədov və nümayəndəliyin ikinci katibi Aqil Günəşov, eyni zamanda tərəfdaş beynəlxalq təşkilatlar olan UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Ümumdünya Turizm Təşkilatı, Avropa Şurası, İSESCO və Avropa Şurasının Şimal-Cənub Mərkəzinin məsul şəxsləri iştirak edir. Nazirliyin beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən APA-ya verilən məlumata görə, görüş 2013-cü ilin aprel ayında keçirilməsi nəzərdə tutulan növbəti Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq məqsədi daşıyır. Belə ki, iclasda tədbirin proqramı və müzakirə sənədləri, müvafiq beynəlxalq təşkilatların bu prosesdə rolu, vəzifələri və digər məsələlər müzakirə olunacaq. Bununla yanaşı, görüş zamanı Mədəniyyətlərarası dialoq üzrə Qlobal Tədqiqat (Think-tank) Qrupunun yaradılması, onun nizamnaməsi və cəlb ediləcək dünyanın bütün qitələrindən tanınmış ekspertlərin müəyyən edilməsi ətrafında müzakirələr aparılması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR