Bank Of Baku

“Eurovision” müsabiqəsi ilə əlaqədar İçərişəhərdə yerləşən turizm obyektlərinin fəaliyyəti daha da təkmilləşdiriləcək

“Eurovision” müsabiqəsi ilə əlaqədar İçərişəhərdə yerləşən turizm obyektlərinin fəaliyyəti daha da təkmilləşdiriləcək
# 21 dekabr 2011 14:18 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Gələn il Bakıda keçiriləcək “Eurovision” müsabiqəsi ilə əlaqədar “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İçərişəhərdə yerləşən turizm obyektlərinin fəaliyyətini daha da təkmilləşdirəcək. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Qoruq İdarəsinin rəisi Mikayıl Cabbarov bildirib. O qeyd edib ki, Azərbaycana gələn qonaq və turistlər ilk əvvəl İçərişəhərə baş çəkirlər: “Hazırlıq çərçivəsində İçərişəhərdə fəaliyyət göstərən istər turizm infrastrukturunun, istər bələdçi xidmətinin, istərsə də abidələrdə fəaliyyət göstərən iaşə obyektlərinin fəaliyyətinin təkmilləşdirilməsinə dair addımlar atılır. Bu istiqamətdə Qoruq İdarəsi tərəfindən mütəmadi treninqlər həyata keçirilir. Bu prsoseslər davam etdiriləcək”.

İdarə rəisi deyib ki, əsas məqsəd İçərişəhəri mədəni həyat mərkəzinə çevirmək, onun mövcud olan rolunu daha da gücləndirməkdən ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR