Bank Of Baku

Çexiya “Eurovision-2012” müsabiqəsində iştirak etməyəcək

Çexiya “Eurovision-2012” müsabiqəsində iştirak etməyəcək
# 22 dekabr 2011 10:24 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Çexiya Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsində iştirakdan imtina edib. APA-nın “esctoday.com” saytına istinadən yaydığı xəbərə görə, Çexiyanın müsabiqə üzrə yayımçı televiziya kanalı “Ceska Televize” (CT) rəhbərliyi gələn il müsabiqədə iştirak etməyəcəyini açıqlayıb.

Xatırladaq ki çexlər ilk dəfə “Eurovision” səhnəsində 2007-ci ildə təmsil olunublar. Həmin il ölkəni “Kabat” rok qrupu “Mala Dama” mahnısı ilə təmsil edib. Çexiya 2008-ci və 2009-cu illərdə də müsabiqəyə qatılıb. Lakin finala çıxa bilməyib. Bu uğursuzluqları nəzərə alaraq ölkə 2010-cu və 2011-ci ildə “Eurovision”da iştirak etməyib.

Qeyd edək ki, ötən həftə Polşa da gələn ilin mayında keçiriləcək müsabiqədə iştirak etməyəcəyini bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR