Bank Of Baku

İtaliyanın dünya şöhrətli kino mütəxəssisi Azərbaycana gəlib – FOTO

İtaliyanın dünya şöhrətli kino mütəxəssisi Azərbaycana gəlib – <font color=red>FOTO </font>
# 22 dekabr 2011 10:55 (UTC +04:00)
Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin filmlərin təbliği və qeydə alınması sektorunun böyük məsləhətçisi Almaz Sultanzadə məlumat verib. Feliçe Laudadio Bakıya İtaliyanın tanınmış kino tənqidçisi Mako Panioli ilə bərabər gəlib.

İtaliyalı mütəxəssislərin Azərbaycana səfəri iki ölkə arasında kino sahəsində əməkdaşlıq, bu sahədə İtaliya təcrübəsindən istifadə məqsədi daşıyır. F. Laudadio və M. Panioli Bakıda İtaliya film festivalının keçirilməsi istiqamətində də danışıqlar aparırlar.

A. Sultanzadə deyib ki, italiyalı qonaqlar Bakıda iki gün qalacaqlar. Bu gün italiyalı qonaqlar mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşüblər. Eyni zamanda Dövlət Film Fondunda və “Nizami” kino mərkəzində olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR