Bank Of Baku

Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsində şou səhnəsinin konsepsiyanın bir neçə variantı hazırdır

Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsində şou səhnəsinin konsepsiyanın bir neçə variantı hazırdır
# 22 dekabr 2011 12:49 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsində şounun təşkili üzrə işlər davam edir. “Eurovision-2012”-nin İşçi Qrupundan APA-ya daxil olan məlumata görə, artıq şounun səhnəsinin və “green room”un (çıxışçıların gözləmə otağı) konsepsiyanın bir neçə variantı hazırdır. “Eurovision Mahnı Müsabiqəsi-2012” şousunun təşkilində rəsmi tərəfdaş olan Almaniyanın “Brainpool GmbH” şirkəti ilə birgə hazırlanan konsepsiya həm səhnə quruluşu, həm də texniki təchizatına görə öz möhtəşəmliyi ilə seçilir. Hazırlanmış səhnə dizaynı bu günədək izlənilən “Eurovision” şoularından tamamilə fərqlənir. Diqqət çəkən digər məqam odur ki, şouda indiyədək tətbiq olunmayan müasir işıq və digər effektlərdən istifadə ediləcək. Hazırda bu layihələr üzərində iş davam edir.
Bununla yanaşı, azərbaycanlı mütəxəssislər 2012-ci ilin mayında Bakıda keçiriləcək 57-ci “Eurovision” mahnı müsabiqəsində şounun konsepsiyasını hazırlayır. Bu konsepsiyada zəngin tarixə malik qədim Şərq ölkəsi Azərbaycana məxsus elementlərin əks olunması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR