Bank Of Baku

Azərbaycan Nazirlər Kabineti Mədəniyyət və Turizm Nazirliyinin kollegiyasının tərkibində dəyişiklik edib

Azərbaycan Nazirlər Kabineti Mədəniyyət və Turizm Nazirliyinin kollegiyasının tərkibində dəyişiklik edib
# 22 dekabr 2011 14:42 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Nazirlər Kabineti Mədəniyyət və Turizm Nazirliyinin kollegiyasının tərkibində dəyişiklik edib. Nazirlər Kabinetindən APA-ya verilən məlumata görə, "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin kollegiyasının tərkibi haqqında" Nazirlər Kabinetinin 2006-cı il 14 iyun tarixli 146 nömrəli qərarında dəyişiklik edilib. Nazirlər Kabinetinin qərarı ilə nazirliyin kollegiyasının yeni tərkibi təsdiq olunub.
Kollegiyanın yeni tərkibinə nazirin birinci müavini Vaqif Əliyev, nazir müavinləri Sevda Məmmədəliyeva, Nazim Səmədov, Ədalət Vəliyev, Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov, Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Firudin Qurbanov, eləcə də Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev, Mədəniyyət və Turizm Nazirliyinin maliyyə-iqtisadiyyat şöbəsinin müdiri Natiq Abdullayev, Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədov və Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov kollegiyaya üzv təsdiqləniblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR