Emin Ağalarov: “Bakıda və bu məkanda çıxış etmək istər mənim, istər musiqiçilərim üçün çox böyük məsuliyyətdir”
Anşlaqla baş tutan konsertdə bir çox yaddaqalan məqamlar da yaşanıb. Konsert üçün saray səhnəsində xüsusi böyük ölçülü 6 ekran quraşdırılıb. Səhnənin quraşdırılması üç gün müddətində hazırlıq nəticəsində başa gəlib və dekorasiyada müxtəlif rənglərdən istifadə olunub.
Emin Ağalarov Azərbaycan tamaşaçısını salamlayıb, bu səhnədə çıxış etməyin onun üçün çox xoş olduğunu bildirib. Emin konsertin ilk dəqiqələrindən zalı ələ almağı bacarıb. Müğənninin hər ifası alqışlarla və “bravo” sədaları ilə müşayiət olunub. Müğənni konsertdə iştirak edən hər bir tamaşaçıya xüsusi diqqət ayırıb. Ona yaxınlaşıb gül dəstəsi verən və avtoqraf istəyənlərin hər birini hörmətlə yanaşıb.
İfaçını səhnədə altı musiqiçi və üç bek-vokal müşayiət edib. İki saata yaxın davam edən konsertdə müğənni, hər proqramında olduğu kimi SSRİ xalq artisti, Azərbaycanın unudulmaz müğənnisi, eyni zamanda ailəsinin yaxın dostu Müslüm Maqomayevi də xatırlayıb. Səhnədə qurulmuş böyük ekranda “Bremen musiqiçiləri” cizgi filmində böyük sənətkarın ifa etdiyi Trubadorun mahnısını ifa edib. Müğənni pərəstiş etdiyi və özünə sənət müəllimi hesab etdiyi görkəmli müğənni ilə öz xəyallarında duet də oxuyub. Müslüm Maqomayev ekranda, Emin Ağalarov isə səhnədə “Sinyaya vecnost” mahnısını ifa edib. Tamaşaçılar Müslüm Maqomayevin əvəzolunmaz ifasını ayaqüstə alqışlayıblar. Emin Ağalarov isə elə səhnədən tamaşaçı zalında əyləşən və oğlunu izləyən atası Araz Ağalarova Müslüm Maqomayevlə dostluğu yolunda etdiklərinə görə təşəkkürünü bildirib. Müğənni Moskvada Müslüm Maqomayev adına çox böyük bir konsert zalının, uca abidəsinin və parkın olduğunu vurğulayıb.
Emin Ağalarov Azərbaycanın dövlət başçısı İlham Əliyevi qarşıdan gələn 50 illik yubileyi münasibəti ilə təbrik edib və ona xoş arzularını bildirib.
O, səhnədən atası Araz Ağalarova, həyat yoldaşı Leyla Əliyevaya, nənəsinə təşəkkürünü bildirib. Emin nənəsinin yanına gedərək onu qucaqlayıb, onun 97 yaşında olduğunu deyib.
Konsertdə müğənni əsasən “Wonder” albomundakı mahnıları səsləndirib. O, “Just for one night”, “Wonder”, “All i need to night”, “Miss America”, “Falling”, “Obvious”, “Dont go” mahnıları ilə yanaşı, bir neçə yeni mahnı da ifa edib.
Konsertdə “Eurovision-2011” mahnı müsabiqəsində Azərbaycana qalibiyyət qazandıran Eldar Qasımov və Nigar Camal da çıxış edib. Qalibləri səhnəyə Emin özü dəvət edib və Azərbaycanın bu müsabiqədə qələbəsindən bir daha sevincini dilə gətirib. Eldar və Nigar isə elə Düseeldorf səhnəsində olduğu kimi Heydər Əliyev Sarayında da “Running Scared” duetini səsləndiriblər. Qalib duet ifaçıları tamaşaçıların diqqətini Eminin konsertindən gələn gəlirin Nardaranda yerləşən 130 saylı məktəbin təmir işlərinin yekunlaşdırılmasına sərf olunacağını çatdırıblar. Səhnədəki ekranlarda həmin məktəb nümayiş etdirilib və bildirilib ki, digər iki konsertdən əldə olunan gəlir bu məktəbin bərpasına istifadə olunub.
Emin tamaşaçıların alqışları ilə üç dəfə səhnəyə qayıdıb və yenidən mahnılar ifa edib. Müğənni bu konsertində də Ruh filmindən hər kəsin sevdiyi “Unchained melody” mahnısını ifa edib və həyat yoldaşı Leyla Əliyevanın yanına gələrək ona bir qırmızı qızılgül verib. O, Azərbaycan xalqını qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə təbrik etməyi unutmayıb.
Konsertdən sonra isə Emin əlil və kimsəsiz uşaqlarla, eyni zamanda “fan-klub”u ilə görüşüb. Onlara avtoqraf verib, foto çəkdirib. Konsertə gələn hər bir tamaşaçıya da müğənninin “Wonder” albomu və remix variantı hədiyyə edilib.
Mədəniyyət siyasəti
Ermənistan “Uşaq Avroviziya 2026”nın qalibi olub
Zeytun Festivalında estrada ulduzlarının konserti olub
Xalq rəssamı Fərhad Xəlilov: "İstiqlal" ordeninin şəklini hazırlayanda heç fikirləşməzdim ki, bunu alacam
Kino Agentliyi xəbərdarlıq edib: “44” filmini icazəsiz qeydə alanlar məsuliyyətə cəlb oluna bilər
Xəbər Lenti
Səudiyyə Ərəbistanında raket qalıqlarının düşməsi nəticəsində iki nəfər yaralanıb
ABŞ Prezidenti Rusiya ilə dizel yanacağı razılaşmasını yüksək qiymətləndirib
Deputat Arzuxan Əli-zadənin oğlu Əhməd Əli-zadə həbs edilib - YENİLƏNİB
Tramp: İranla razılaşma əldə olunmasa, hərbi əməliyyat keçirə bilərik
Tramp Ukrayna münaqişəsinin həllində irəliləyiş gözlədiyini bildirib
İngiltərə Premyer Liqası: “Liverpul” qələbə qazanıb, “Yunayted” öz meydanında darmadağın olub
U-15 dünya çempionatı: Yığmamız Avstraliya millisinə uduzub
Türkiyəli jurnalist: Oqtay Saral vəzifədən ayrıldığını təsdiqləyib
Sənan Süleymanov dünya çempionu olub
"Sabah" - "Qarabağ" qarşılaşmasında hesab açılmayıb
Ebola təhlükəsi: Uqanda 21 günlük karantin tətbiq edib
Türkiyə ilə Ermənistan arasında tarixi Ani körpüsünün bərpası üçün tender başa çatıb
Qabon sahillərində neft platforması batıb, ölən və itkin düşənlər var
Güləşçi Eldəniz Əzizli beşinci dəfə dünya çempionu olub
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi insidentlə bağlı 5 nəfər həbs edilib - YENİLƏNİB
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB-1
Fransada yeni kütləvi etirazlar və ümummilli tətil elan olunub
Böyük Britaniyada güclü fırtına fəsadlara səbəb olub
Liviyanın Baş naziri Trampın ölkəsi barədə açıqlamasına etiraz edib
Səudiyyə Ərəbistanına atılan 10 ballistik raket zərərsizləşdirilib
Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının II mərhələsi keçirilir
Braziliyada prezident seçkilərinin ikinci turu keçirilir
Fransada 1300-dən çox şəxsin saxlanıldığı toqquşmalar - FOTOLENT
Obama Tramp administrasiyasının İran siyasətini tənqid edib
Ər-Riyad hava limanında beynəlxalq uçuşlar bərpa olunub
Putin: Rusiya qazı hələ də Avropanın mayeləşdirilmiş təbii qaz bazarının 20 faizini təşkil edir
Bolqarıstanda prezident seçkiləri: 27 namizəd mübarizə aparır, ikinci tur gözlənilir
Kreml: Rusiya noyabrın 4-dən sonra ABŞ və Ukrayna ilə üçtərəfli danışıqları bərpa etməyə hazırdır
U-15 dünya çempionatı: Yığmamız Avstraliya ilə qarşılaşacaq
Bakı Bulvarında Zeytun Festivalının son günüdür - FOTOLENT
Rusiya ABŞ-a istənilən həcmdə dizel yanacağı tədarük etməyə hazır olduğunu açıqlayıb
Kreml: Putin, Si Cinpin və Trampın üçtərəfli görüşünə hazırlıq başlayıb
Husilər Ər-Riyad hava limanını yenidən vuracaqları ilə hədələyiblər
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
U-15 dünya çempionatı: Azərbaycan millisi növbəti qələbəsini qazanıb - FOTOLENT - YENİLƏNİB
Litva Avropa İttifaqında saatların dəyişdirilməsinin ləğvi üçün səsvermə təşəbbüsü ilə çıxış edib
Azərbaycanın bəzi rayonlarında yollarda görünüş məsafəsi məhdudlaşacaq
ISW: Ukrayna ordusu Rusiyanın Kupyansk istiqamətində irəliləməsinə mane olur
Ramanada tullantılar tinglərlə dəyişdiriləcək
İran ABŞ-a məxsus pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb
Serbiyada növbədənkənar parlament seçkiləri keçirilir
Rusiyanın Perm diyarına PUA hücumu olub, 5 nəfər xəsarət alıb
Sabah Bakıda yağış yağacağı, şimşək çaxacağı gözlənilir - PROQNOZ
Tovuzda avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB
FHN ölkə üzrə silsilə maarifləndirmə tədbirləri keçirib - FOTOLENT
Bakıda Kanaki və Tahiti komandalarına dəstək aksiyasından maraqlı fotolar
Yeni Kaledoniyadan dəstək aksiyasının iştirakçısı: Gənc futbolçularımızın bizi Bakıda təmsil etməsi böyük qürurdur
Fransız Polineziyasından dəstək aksiyasının iştirakçısı: Gənclərimizin Bakıda yarışması bizi sevindirir
Bakıda Yeni Kaledoniya və Fransız Polineziyasının gənc futbolçularına dəstək aksiyası keçirilib - FOTOLENT - YENİLƏNİB
Naxçıvan-Şahbuz magistralında ağır qəza, xəsarət alanlar var - FOTOLENT