Bank Of Baku

“Eurovision-2012” mahnı müsabiqəsində Azərbaycanı təmsil etmək uğrunda finalda Fəqan Səfərov da mübarizə aparmaq imkanı qazanıb

“Eurovision-2012” mahnı müsabiqəsində Azərbaycanı təmsil etmək uğrunda finalda Fəqan Səfərov da mübarizə aparmaq imkanı qazanıb
# 23 dekabr 2011 20:26 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. İctimai Teleradioda Azərbaycanı “Eurovision-2012” mahnı müsabiqəsindəki təmsilçisinin seçilməsi üçün keçirilən milli seçim turunun dördüncü yarımfinalçısı məlum olub. APA-nın məlumatına görə, bu həftənin birincisi həm tamaşaçılar, həm də münsiflərin səsverməsi nəticəsində Fəqan Səfərov olub. Məlum olduğu kimi, bu həftənin ilk günlərindən 9 iştirakçıdan 8-i finala çıxmaq uğruna mübarizə aparıb. Bu həftə çıxış etməli olan Rəna İmaməliyeva müəyyən səbəblərdən seçimləri yarımçıq qoymalı olub. Əvvəlcə bu həftənin 8 iştirakçısı öz performanslarını nümayiş etdiriblər. Bu həftənin 8-si Renat Aslanov, 7-si Orxan Nəsibov, 6-sı Emin Həsən, 5-si , Kamran Əzizov, 4-sü “Empathy” qrupu, 3-sü Nigar Babayeva, 2-si Nadejda Mikayılova olub.

Bu həftənin sonuncu günü xalq artisti Faiq Ağayev iştirakçılara dəstək olub və onlara nəticədən asılı olmayaraq mübarizədən usanmamağı tövsiyə edib.

Qeyd edək ki, iştirakçılar bazar ertəsindən cümə gününədək yayımlanan milli seçim şousunda səs imkanları və səhnə performanslarını göstəriblər. Həftənin qalibi 5 gün ərzində tamaşaçıların göndərdiyi sms və münsiflər heyətinin səsverməsi nəticəsində müəyyən olunur. Daha 4 həftənin qalibləri növbəti mərhələyə-yarımfinala vəsiqə qazanacaq. Artıq dörd yarımfinalçı məlumdur. Onlar Orxan Kərimli, Məryəm Sadıqova, Xəyyam Mustafazadə və Fəqan Səfərovdur. Finalda isə Milli seçim həftələrinin birincisi olan 8 nəfər yarışacaq və qələbə qazanan iştirakçı 2012-ci ilin mayında Bakıda keçiriləcək “Eurovision” Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR