Bank Of Baku

“Vətənin İlhamı. Ömürdən reportaj” kitabının təqdimat mərasimi keçirilib

“Vətənin İlhamı. Ömürdən reportaj” kitabının təqdimat mərasimi keçirilib
# 24 dekabr 2011 12:24 (UTC +04:00)
APA-nın məlumatına görə, kitabın müəllifi tanınmış şair və publisist, əməkdar mədəniyyət işçisi Vaqif Bəhmənlidir. “Çağdaş” nəşriyyatı tərəfindən yüksək poliqrafik səviyyədə işıq üzü görmüş bu layihənin rəhbəri və ön sözün müəllifi mədəniyyət və turizm naziri Əbülfəs Qarayevdir.
Təqdimat mərasimində çıxış edən Əbülfəs Qarayev bildirib ki, Azərbaycanın son 8 ildəki dinamik inkişafı, onun beynəlxalq aləmdə nüfuzunun günbəgün artması prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin bəhrəsidir.
Nazir qeyd edib ki, yeni nəşrdə prezident İlham Əliyev tərəfindən həyata keçirilən mədəniyyət və turizm siyasətinin əsas yekunları geniş şəkildə öz əksini tapıb. Bu kitab Azərbaycan Prezidentinin rəhbərliyi ilə 2003-2011-ci illərdə həyat keçirilən mədəniyyət və turizm siyasətinin əsas istiqamətlərini, əldə olunmuş nəticələri ən qısa şəkildə əks etdirir. Tədbirdə çıxış edən Milli Məclisin deputatı Nizami Cəfərov, xalq rəssamı Fərhad Xəlilov, xalq yazıçısı Çingiz Abdullayev, “İTAR-TASS”ın baş direktorunun müavini Mixail Qusman kitabın məziyyətlərindən danışıblar.

Müəllif Vaqif Bəhmənli bütün iştirakçılara minnətdarlığını bildirib. Sonda tədbir iştirakçıları “Prezidentin həyatının 50 anı” adlı sərgi ilə tanış olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR