Bank Of Baku

Azərbaycanın “Eurovision-2012”dəki təmsilçisinin müəyyənləşdirilməsi məqsədilə milli seçimlərin 5-ci həftəsinə start verilir

Azərbaycanın “Eurovision-2012”dəki təmsilçisinin müəyyənləşdirilməsi məqsədilə milli seçimlərin 5-ci həftəsinə start verilir
# 26 dekabr 2011 08:26 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın “Eurovision-2012”dəki təmsilçisinin seçilməsi üçün milli seçim turlarının 5-ci həftəsinə start verilir. İctimai Teleradionun ictimaiyyətlə əlaqələr və monitorinq şöbəsindən APA-ya verilən məlumata görə, Azərbaycanı 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsində təmsil etmək istəyən növbəti “9-luq” 5 gün müddətində İctimai Televiziyanın canlı efirində yarışacaq.

Bu həftə Azad Şabanov, Samir Məmmədov, Elton İbrahimov, Günay Əhmədova, Elnarə Kazımova, Yan Kaşepava, Süleyman Ağakişiyev, Fidan Hüseynova və Aydın Eyvazzadə yarımfinal çıxmaq uğrunda mübarizəyə qoşulacaq.

Namizədlər həftənin 5 günü İctimai Televiziyanın canlı efirində milli seçim turunun xüsusi proqramını yerinə yetirəcəklər. Seçim turunun proqramına əsasən bu gün onlar dünya estradasından mahnılar ifa edəcəklər.

Həftənin qalibi yarımfinal mərhələsinə vəsiqə qazanır. Qalibin seçimi “Eurovision” müsabiqəsinin qaydalarına uyğun olaraq həm münsiflər heyəti, həm də tamaşaçıların SMS səsverməsinə əsasən aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR