Bank Of Baku

Məşhur ingilis yazarı Çarlz Dikensin şərəfinə 2012-ci il Azərbaycanda “Dikens İli” elan edilib

Məşhur ingilis yazarı Çarlz Dikensin şərəfinə 2012-ci il Azərbaycanda “Dikens İli” elan edilib
# 26 dekabr 2011 10:23 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Gələn il dahi ingilis yazarı Çarlz Dikensin anadan olmasının 200 illiyi qeyd olunacaq. “British Council” Çarlz Dikensin 200 illik yubileyi münasibətilə 2012-ci ili Azərbaycanda “Dikens ili” elan edərək, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ilə birgə bir sıra layihələr gerçəkləşdirəcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sözügedən təşkilatlar Dikens ili çərçivəsində bir sıra tədbir və fəaliyyət proqramlarını tərtib edib. Belə ki, teatrın repertuarında olan “Oliver Tvistin macəraları” “Dikens 2012-ci il” çərçivəsində nümayiş etdiriləcək. İl çərçivəsində ingilis dilinin tədrisi, təhsil və incəsənət tədbirləri, foto sərgiləri, film nümayişlərinin həyata keçirilməsi nəzərdə tutulur. Fotosərgilər gənc fotoqrafları ruhlandırmaq üçün Dikensin həyat və yaradıcılığına həsr olunacaq. Film nümayişləri 2011-ci il dekabr ayından, 2012-ci il fevral ayına kimi Bakıdakı bir sıra məktəb və ali təhsil ocaqlarında “Oliver!” və “Böyük Ümidlər” filmləri nümayiş etdiriləcək. Fevral ayında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında görkəmli yazarın əsərlərinin qəhrəmanlarından ibarət tədbirdə mükafatlandırma mərasimi keçiriləcək.
Qeyd edək ki, “Dikens 2012-ci il”in Azərbaycanda keçirilməsinin əsas məqsədi Çarls Dikens yaradıcılıq irsinin yada salınması, digərləri ilə bölüşdürülməsi və Çarls Dikensin həyat və yaradıcılığına aid müxtəlif mövzulara dair tədbirlərlə İngiltərə ədəbiyyatının ən tanınmış şəxsiyyətlərindən biri haqqında oxucuları və tamaşaçıları məlumatlandırmaqdan ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR