Bank Of Baku

TÜRKSOY və İSESCO birgə Novruz şənliyi keçirəcək

TÜRKSOY və İSESCO birgə Novruz şənliyi keçirəcək
# 26 dekabr 2011 10:51 (UTC +04:00)
Bakı. Azər Mustafayev – APA. TÜRKSOY 2012-ci ildə Novruz şənliklərini İslam Elm, Təhsil və Mədəniyyət Təşkilatı (ISESCO) ilə əməkdaşlıq şəraitində Mərakeşin paytaxtı Rabat şəhərində keçirilməsinə qərar verib. APA-nın məlumatına görə, İSESCO-nun Rabatdakı mərkəzində türk dünyasına həsr olunan foto-sərgi keçirilib. Açılış mərasimində ISESCO-nun baş direktoru Əbdüləziz Otman Əl-Tüveycri, TÜRKSOY-un baş direktoru Düsen Kaseinov, Azərbaycanın Mərakeşdəki səfiri və Türkiyə səfirliyinin əməkdaşları iştirak ediblər.

Tədbir zamanı tərəflər arasında 2012-ci ildə ortaq həyata keçiriləcək fəaliyyət növləri müəyyənləşdirilib. Razılaşmaya görə, 2012-ci ildə Rabatda Novruz bayramının müştərək şəkildə qeyd olunması, kitabxanalar arasında əməkdaşlıq, nadir əsərlərin və əlyazmaların qorunması üçün birgə addımlar atılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR