Bank Of Baku

Azər Dadaşovun yaradıcılığına həsr olunmuş “Uşaqlar gələcəyimizdir” adlı konsert keçirilib

Azər Dadaşovun yaradıcılığına həsr olunmuş “Uşaqlar gələcəyimizdir” adlı konsert keçirilib
# 26 dekabr 2011 14:39 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert Salonunda tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Azər Dadaşovun yaradıcılığına həsr olunmuş Musiqi Festivalı çərçivəsində bəstəkarın uşaqlar üçün yazdığı əsərlərdən ibarət “Uşaqlar gələcəyimizdir” adlı konsert keçirilib. Bəstəkarlar İttifaqının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konsert Elmira Mansurovanın rəhbərlik etdiyi 4 saylı Uşaq Musiqi Məktəbinin xor qrupunun ifasında “Yeni Azərbaycan marşı”nın ifası ilə başlayıb.

Bəstəkarın “Əziz Vətən” mahnısı, 4 saylı Uşaq Musiqi Məktəbinin II sinif şagirdi, 4 saylı Uşaq Musiqi Məktəbinin xor qrupu Fərəc Salmanovun ifasında piano üçün “Düşüncə”, həmin məktəbin III sinif şagirdi Əli Adıgözəlovun ifasında “Göyçay rəqsi”, beynəlxalq müsabiqə laureatı, 21 saylı Orta İxtisas Musiqi Məktəbinin VIII sinif şagirdi Nəcəf Vəliyevin ifasında truba və piano üçün “Marş”, Azərbaycan Dövlət Pedaqoji kollecinin III kurs tələbəsi Ülkər Qurbanovanın ifasında Piano üçün “Məzəli rəqs”, Ü. Hacıbəyli adına BMA-nın I kurs tələbəsi, beynəlxalq müsabiqə laureatı, prezident təqaüdçüsü Osman Əyyublunun ifasında violin və piano üçün “İki miniatür”, piano üçün “Sözsüz nəğmə” əsərləri ifa olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR