Bank Of Baku

Yanvarın 25--26-da Bakıda “Eurovision-2012” müsabiqəsinin ilk püşkatması keçiriləcək

Yanvarın 25--26-da Bakıda “Eurovision-2012” müsabiqəsinin ilk püşkatması keçiriləcək
# 26 dekabr 2011 14:59 (UTC +04:00)
APA-nın Rusiyanın “Ria Novosti” agentliyinə istinadən yaydığı xəbərə görə, püşkatmada təmsilçi ölkələrin mayın 22-si və 24-də keçiriləcək iki yarımfinalın hansında çıxış edəcəkləri müəyyənləşəcək. Həmin müddətə kimi “ESC -2012”də iştirak edəcək ölkələrin siyahısı müəyyənləşəcək.

Hər il püşkatma mərasimində təmsilçi ölkələrin nümayəndə heyətlərinin rəhbərləri iştirak edir. Bu proses “Eurovision.tv” və bir neçə televiziya kanalı ilə canlı yayımlanır. Ölkələrin sıra nömrələri ilə bir müddət sonra keçiriləcək növbəti püşkatma nəticəsində məlum olacaq.

Qeyd edək ki, “Eurovision-2012”nin yarımfinal mərhələləri 22-24 may, finalının isə 26-da keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR