Bank Of Baku

İçərişəhərdə XVIII əsrə aid olan “Ağa Mikayıl hamamı” bərpa olunub

İçərişəhərdə XVIII əsrə aid olan “Ağa Mikayıl hamamı” bərpa olunub
# 27 dekabr 2011 09:02 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Bakının tarixi mərkəzinin konservasiyası üzrə ətraflı Baş Plan”a əsasən İçərişəhərdə yerləşən “Ağa Mikayıl hamamı”nda aparılmış bərpa işləri başa çatıb. Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən APA-ya verilən məlumata görə, XVIII əsrdə Şamaxı sakini Ağa Mikayıl tərəfindən tikdirilmiş və xalq etimalogiyasında “Hamamçılar məhəlləsi” adlanan ərazidə yerləşən “Ağa Mikayıl hamamı” qabaqcıl texnologiyaların köməyi ilə yerli və xarici mütəxəssislər tərəfindən bərpa edilib. Abidənin sütunları möhkəmləndirilib, daxilində təmir-bərpa işləri aparılıb, fasadı tarixi görkəminə qaytarılıb.

Məşhur “O olmasın, bu olsun” filminin bəzi epizodları burada çəkildiyi üçün bəzən “Məşədi İbad hamamı” adlanan abidənin gələcəkdə öz təyinatı üzrə istifadə olunacağı nəzərdə tutulur. Bu səbəbdən “Ağa Mikayıl hamamı” müasir avadanlıqlarla təchiz olunub. Abidə öz fəaliyyəti ilə İçərişəhərə gələn turistləri şərq mədəniyyətinin ayrılmaz atributlarından olan hamam mədəniyyəti ilə tanış edəcək və əhaliyə xidmət göstərəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR