Bank Of Baku

Əbülfəs Qarayev: “Azərbaycanfilm” kinostudiyasının yeni direktoru Müşfiq Hətəmova sınaq müddəti təyin etmişik”

Əbülfəs Qarayev: “Azərbaycanfilm” kinostudiyasının yeni direktoru Müşfiq Hətəmova sınaq müddəti təyin etmişik”
# 27 dekabr 2011 16:03 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına yeni direktor təyinatına münasibət bildirib. APA-nın məlumatına görə, nazir kinostudiyaya direktor təyin olunan Müşfiq Hətəmovun hazırda sınaq müddətində olduğunu bildirib: “Biz bu təyinatı etdik, amma bu hələ də hər şey demək deyil. Nəticə Müşfiq Hətəmovun özündən asılıdır və biz ona sınaq müddəti vermişik. 3-6 ay sınaq müddəti ərzində o özünü sübut etməlidir. Sadəcə biz bu təyinatı hələlik etmişik və uzun müddətli olması üçün zaman lazımdır”.

Mədəniyyət və turizm naziri eləcə də, uzun illər “Azərbaycanfilm” Kinostudiyasına rəhbərlik edən Xamis Muradovun öz ərizəsi işdən çıxdığını xatırladıb. Ə. Qarayev əlavə edib ki, Xamis Muradov bu addımı kino sahəsində fəaliyyətini davam etdirmək arzusu ilə atıb və hazırda iki film üzərində işləyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR