Bank Of Baku

Əbülfəs Qarayev: “İstər xalq artisti, istər hansısa teatr işçisi olsun, hər kəs nizam-intizama riayət etməlidir”

Əbülfəs Qarayev: “İstər xalq artisti, istər hansısa teatr işçisi olsun, hər kəs nizam-intizama riayət etməlidir”
# 28 dekabr 2011 08:46 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Akademik Milli Dram Teatrının aktyorlarına xəbərdarlıq edilməsi qeyri-adi bir hal deyil. İstər xalq artisti, istər hansısa teatr işçisi olsun, hamı iş rejiminə riayət etməlidir. Bu, teatrdaxili məsələdir və fikrimcə, burada qəribə bir şey yoxdur”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Akademik Milli Dram Teatrının direktoru tərəfindən xəbərdarlıq alan üç xalq artisti və bir aktyorun məsələsinə münasibət bildirən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir aktyorlara bu xəbərdarlığı qəribə qarşılamamağı məsləhət görüb: “Bu, nizam-intizam məsələsidir. Xalq artisti, əməkdar incəsənət xadimi, adi aktyor, onların hər biri kollektivin üzvləridir. Hər kəs nizam-intizama riayət etməlidir”.

Ə. Qarayev Azərbaycan teatrlarında keçirilən islahatların nəticəsi olaraq sənət ocaqlarında böyük inkişafın olduğunu diqqətə çatdırıb: “Biz teatrlarda yeni layihələr gerçəkləşdiririk. Yüzlərlə yeni tamaşaların qoyulmasına şərait yaradırıq, yeni rejissorları cəlb edirik. Bu da istər-istəməz ciddi nizam-intizam tələb edir. Ümidvaram ki, kollektivlə müdiriyyət arasında bu xırda məsələ tezliklə həllini tapacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR