Bank Of Baku

Əbülfəs Qarayev: “Kino sahəsində islahatların davamlı olmasına üstünlük verəcəyik”

Əbülfəs Qarayev: “Kino sahəsində islahatların davamlı olmasına üstünlük verəcəyik”
# 28 dekabr 2011 09:59 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən gələn il iki sahədə daha çox yeni layihələrin gerçəkləşdirilməsi nəzərdə tutur. APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Nazir bildirib ki, yeni layihələr turizmin yeni dövrdə daha mütəşəkkil şəkildə qurulması və xidmətlərin səviyyəsinin artırılması ilə bağlı olacaq: “Biz mədəniyyət ocaqlarında Azərbaycana gələn qonaqların, turistlərin daha geniş tərkibdə təmsil olunmasının tərəfdarıyıq. Kino sahəsində islahatların davamlı olmasına üstünlük verəcəyik. Gündəmdə kinostudiyanın yenidən qurulması durur”.
Nazir bildirib ki, gələn ilin mühüm hadisələrindən biri Xalça Muzeyinin açılışı olacaq: “Dünyanın heç bir ölkəsində buna oxşar bir layihə gerçəkləşməyib. Müasir memarlıq abidəsi və eyni zamanda qədim tariximizi əks etdirən bir muzey olacaq. Gələn il biz hamımız Qusarda inşa oluna Şahdağ qış-yay kompleksinin açılışını gözləyirik”.

Ə.Qarayev Lənkəran və İsmayıllıda mədəniyyət ocaqlarının pilot layihələrinin hazırlanacağını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR