Bank Of Baku

Akademik Milli Dram Teatrının direktoru: “Növbəti il üçün teatra gənc və istedadlı kadrlar cəlb etmək niyyətindəyik”

Akademik Milli Dram Teatrının direktoru: “Növbəti il üçün teatra gənc və istedadlı kadrlar cəlb etmək niyyətindəyik”
# 28 dekabr 2011 10:15 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında treninq mərkəzi və studiya açılacaq. Bu barədə APA-ya teatrın direktoru İsrafil İsrafilov məlumat verib. İ. İsrafilov bildirib ki, növbəti il üçün açılışı nəzərdə tutulan bu fəaliyyət istiqamətləri teatrın inkişafına xidmət edəcək. Eyni zamanda, teatrın növbəti il üçün beş beynəlxalq teatr festivalında təmsil olunması planlaşdırılır. Teatr rəssamlığı sahəsində problemlərin olduğunu deyən teatr rəhbəri, narazılıq yaradan məqamların aradan qaldırılması yönündə müəyyən addımların atılacağını və yeni mütəxəssislərin cəlb olunmasının planlaşdırıldığını açıqlayıb.

İ.İsrafilov 2012-ci ildə Azərbaycan teatr işçilərinin müxtəlif ölkələrdə təcrübə keçəcəklərini də vurğulayıb. O, bu sahədə artıq razılığın əldə olunduğunu və qrupların müəyyənləşdiyini deyib: “2012-ci il üçün Mirzə Fətəli Axundovla bağlı beynəlxalq teatr festivalı, II Bakı Beynəlxalq Teatr Konfransının keçiriləcək, bunlar əhəmiyyətli hadisələr olacaq. Eyni zamanda növbəti il üçün Serbiya, Albaniya, Moldova, Türkiyə kimi ölkələrə qastrollarımız nəzərdə tutulur. Bundan başqa, Böyük Britaniyanın tanınmış rejissoru bizim teatrda, yerli aktyorlarımızla Şeksprin bir əsərinin səhnələşdirəcək”.
Teatr rəhbəri 2012-ci il üçün iş planının bir qədər instensiv davam etdiriləcəyini deyib.
Onun sözlərinə görə, 2012-ci il üçün teatra yeni repertuar seçiləcək.

Bununla bərabər, Akademik Milli Dram Teatrı ilə İtaliya və Yaponiyanın teatrları arasında əməkdaşlıq olacaq: “Növbəti il üçün teatra Dövlət Mədəniyyət və İncəsənət Universitetindən gənc və istedadlı kadrlar cəlb etmək niyyətindəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR