Bank Of Baku

Şirvanşahlar Sarayı Kompleksində Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib

Şirvanşahlar Sarayı Kompleksində Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib
# 28 dekabr 2011 12:01 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarix-Memarlıq Qoruq-Muzeyində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş ədəbi-bədii tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən muzeyin direktoru Rəna Rzayeva bildirib ki, bu əlamətdar günün qeyd edilməsində məqsəd dünyanın hər bir yerində yaşayan milyonlarla azərbaycanlı ilə həmrəy olmaq, onları vətənin kədərinə və sevincinə şərik etmək, bu birliyi dünyaya çatdırmaqdır.

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun böyük elmi işçisi Nazim Musa deyib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin dağılması zamanı qoyulub: “Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. Bu vaxt İstanbulda türkdilli xalqların konfransı keçirilirdi. Konfransda 31 dekabrda dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verildi”.

Tədbir bədii hissə ilə davam etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR