Bank Of Baku

Azərbaycanda keçiriləcək “Eurovision-2012”-nin konsepsiyası təsdiq olunub

Azərbaycanda keçiriləcək “Eurovision-2012”-nin konsepsiyası təsdiq olunub
# 29 dekabr 2011 06:35 (UTC +04:00)
Məlumatda bildirilir ki, “Eurovision Mahnı Müsabiqəsi”nin konsepsiyası hər il ev sahibi ölkə tərəfindən yenilənərək buna uyğun şüar və simvol hazırlanır.

Ənənəvi olaraq şounun konsepsiyasını özündə əks etdirən şüar və simvol “Eurovision Mahnı Müsabiqəsi”nin əsas loqosuna əlavə edilir. Hər iki element müsabiqənin keçirildiyi ölkəyə aid olmaqla yanaşı, həm də “Eurovision” layihəsinin mahiyyətinə uyğun seçilməlidir. Şüarın və vizual elementin iştirakçılarda və televiziya tamaşaçılarında müsbət emosiya yaratması da vacibdir.

Bütün bu prinsiplərin əsasında hazırlanan “Eurovision Mahnı Müsabiqəsi-2012”-nin şüar və simvolu Azərbaycana məxsus dəyərləri özündə əks etdirir.

Hazırda şüar və simvol üzərində son dizayn işləri aparılır və yaxın zamanlarda geniş ictimaiyyətə təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR