Bank Of Baku

Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsində Albaniyanı ilk dəfə Kosovo əsilli müğənni təmsil edəcək

Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsində Albaniyanı ilk dəfə Kosovo əsilli müğənni təmsil edəcək
# 30 dekabr 2011 09:12 (UTC +04:00)
Bakı-APA. Albaniyada “Eurovision -2012” mahnı müsabiqəsindəki təmsilçinin seçilməsi üçün keçirilən milli festivalın qalibi Rona Nişliu olub. APA-nın “Eurovision” mahnı müsabiqəsinin rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, o öz ölkəsini gələn il Bakıda keçiriləcək “Eurovision Song Contest – 2012”-də təmsil edəcək. Kosovonun Mitrovica şəhərində anadan olan Rona Nişliu Bakıda “Suus” adlı mahnısı ilə çıxış edəcək.

Qeyd edək ki, Festivali i Kenges müsabiqəsi 1962-ci ildən başlayaraq hər il keçirilir və 2004-cü ildən etibarən Albaniyanın “Eurovision” müsabiqəsinin təmsilçisini seçmək üçün təşkil olunur. Bu il keçirilən müsabiqəsində isə Rona Nişliu qalıb olub. Beləliklə o Albaniyanı “Eurovision”da təmsil edəcək ilk Kosovo əsilli müğənni olacaq.

Xatırladaq ki, 2011-ci ildə Albaniyanı “Eurovision”da Aurela Gaçe təmsil edib. Lakin o final mərhələsinə vəsiqə qazana bilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR