Bank Of Baku

Avropa Azərbaycan Cəmiyyəti Ziya Bünyadovun əsərini Britaniyada nəşrə hazırlayıb

Avropa Azərbaycan Cəmiyyəti Ziya Bünyadovun əsərini Britaniyada nəşrə hazırlayıb
# 30 dekabr 2011 20:22 (UTC +04:00)
Cəmiyyətdən APA-ya verilən məlumata görə, ötən il “Guardian” qəzetinin müxbiri Kevin Qould Azərbaycana səfəri təşkil edilib. O, səfərdən sonra “Guardian” qəzetində Azərbaycanının turizm imkanları və mətbəxi barədə maraqlı məqalələrlə çıxış edib. Britaniyalı jurnalist Cəki Storerin də Azərbaycan qadınları barədə tədqiqatına dəstək məqsədilə Azərbaycana səfəri təşkil edilib.

AAC britaniyalı tanınmış yazıçı Pətrik Cefsonun Azərbaycana səfərini təşkil edib, müəllifin Azərbaycan barədə silsilə yazılarla çıxış etməsi planlaşdırılır.

Cəmiyyət M.S. Ordubadinin “Qanlı illər” əsərini ingilis və rus dillərinə tərcümə etdirərək, Rusiyada və Böyük Britaniyada nəşr etdirib. Həmçinin Rusiya arxivlərinin materialları əsasında üç cilddə “Qafqazda erməni məsələsi” kitabı hazırlanaraq, Azərbaycan, Rusiya və Böyük Britaniyada nəşr edilib.

Cəmiyyət Xocalı faciəsinin 20-ci ildönümü ərəfəsində “Xocalı: Beynəlxalq baxışlar” adlı kitabını britaniyalı müəlliflərin iştirakı ilə tərtib edib və çapa hazırlayıb.

AAC-nin təşəbbüsü ilə həmçinin akademik Ziya Bünyadovun “Azərbaycan VII-IX əsrlərdə” kitabı ingilis dilinə tərcümə edilib və Böyük Britaniyada nəşr olunması üçün çapa hazırlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR