Bank Of Baku

Milli seçimlərdə yarımfinala çıxmaq uğrunda mübarizə aparacaq 9 iştirakçının adı məlumdur

Milli seçimlərdə yarımfinala çıxmaq uğrunda mübarizə aparacaq 9 iştirakçının adı məlumdur
# 02 yanvar 2012 20:42 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Yanvarın 3-də Azərbaycanın “Eurovision-2012”dəki təmsilçisinin seçilməsi üçün milli seçim turlarının 6-cı həftəsinə start verilir.

İctimai Teleradionun ictimaiyyətlə əlaqələr və monitorinq şöbəsindən APA-ya verilən məlumata görə, Azərbaycanı 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsində təmsil etmək istəyən növbəti 9 namizəd 5 gün müddətində İctimai Televiziyanın canlı efirində yarışacaq. Bu həftə Habil Əhmədov, Səbinə Babayeva, Orxan Əfəndi, Ramilə Muradova, Elgiz Məmmədov, Adil Baxışlı, Bəxtiyar Qasımov, Cahangir Qasımzadə və Vlada Axundova yarımfinala çıxmaq uğrunda mübarizə aparacaq.
Namizədlər həftənin 5 günü İctimai Televiziyanın canlı efirində milli seçim turunun xüsusi proqramını yerinə yetirəcəklər. Seçim turunun proqramına əsasən bu gün onlar dünya estradasından mahnılar ifa edəcəklər.

Həftənin qalibi yarımfinal mərhələsinə vəsiqə qazanır. Qalibin seçimi “Eurovision” müsabiqəsinin qaydalarına uyğun olaraq həm münsiflər heyəti, həm də tamaşaçıların SMS səsverməsinə əsasən aparılır.
Qeyd edək ki, artıq 5 yarımfinalçının kimliyi məlumdur. Onlar Orxan Kərimli, Məryəm Sadıqova, Xəyyam Mustafazadə, Fəqan Səfərov və Elton İbrahimovdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR