Bank Of Baku

“Eurovision-2012” ilə bağlı promo-video çarxlarının çəkilişləri üçün kastinq keçiriləcək - FOTO

“Eurovision-2012” ilə bağlı promo-video çarxlarının çəkilişləri üçün kastinq keçiriləcək - <font color=red>FOTO</font>
# 03 yanvar 2012 15:41 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Bakıda keçiriləcək “Eurovision-2012” mahnı yarışması ilə bağlı promo-video çarxlarının çəkilişləri üçün kastinqlər keçiriləcək. APA-nın məlumatına görə, kastinqlər ötən həftələrdə “Eurovision-2012”nin işçi qrupu tərəfindən verilən elanın davamıdır. Kastinqlərin yanvarın 6-da, saat 10-dan 20-yə kimi davam edəcəyi qərara alınıb. Kastinqlər “Eurovision-2012” işçi qrupunun rəhbərliyi altında baş tutacaq.

Qeyd edək ki, ötən həftələrdə “Eurovision-2012” müsabiqəsinin işçi qrupu bu prosesinin həyata keçirilməsi ilə əlaqədar əhali arasında aşağıdakı məzmunda elan yayıb: “Azərbaycanı “Eurovision” Mahnı Müsabiqəsinin promo-video çarxlarında təmsil etmək istəyirsən?! Elə isə şəkil və özün haqda məlumatı bizə göndər! Yaş həddi yoxdur! Biz məhz səni axtarırıq! Bəli, bəli , SƏNİ!!!”

Müraciətləri göndərmək üçün elektron ünvan və telefon nömrələri də göstərilib. Bununla bağlı “Eurovision Song Contes Baku-2012”nin “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsindən məlumat almaq mümkündür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR