Bank Of Baku

Səbinə Babayevanın səhhətində problemlər yarandığına görə “Eurovision -2012”nin milli seçimlərində növbəti həftələrdə yarışacaq

Səbinə Babayevanın səhhətində problemlər yarandığına görə “Eurovision -2012”nin milli seçimlərində növbəti həftələrdə yarışacaq
# 04 yanvar 2012 11:08 (UTC +04:00)
Bakı. Ülkər Rəşiqdızı-APA. Azərbaycanı “Eurovision -2012” mahnı müsabiqəsində təmsil etmək uğrunda keçirilən milli seçimlərin 6-cı həftəsində 8 iştirakçı mübarizəyə qatılıb. APA-nın məlumatına görə, bu həftə yarışmada iştirak etməli olan Səbinə Babayevanın səhhətində problemlər yaranıb. Müğənni məhz bu səbəbdən 6-cı həftə deyil, növbəti həftələrdə canlı yayımda çıxış edəcək. Səbinə Babayeva ötən il də milli seçimlərə qatılıb və yetəri qədər sevilən bir ifaçıdır. Onun Eruovision-2012-də Azərbaycan adından çıxış etməsi üçün daha böyük şanslarının olduğu bildirilir.

Artıq milli seçimlərin beş yarımfinalçısı məlumdur. Bunlar Orxan Kərimli, Məryəm Sadıqova, Xəyyam Mustafazadə, Fəqan Səfərov və Elton İbrahimovdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR