Bank Of Baku

Portuqaliyanın “Eurovision-2012” mahnısı 400 mahnı arasından seçiləcək

Portuqaliyanın “Eurovision-2012” mahnısı 400 mahnı arasından seçiləcək
# 04 yanvar 2012 15:21 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı - APA. Portuqaliyanı Eurovision 2012-də təmsil etmək uğrunda 400 mahnı yarışacaq. APA-nın escdaily.com-a istinadən yaydığı xəbərə görə, Portuqaliyanın Eurovision üzrə milli yayımçısı RTP müsabiqə ilə bağlı 400-dən çox mahnı qəbul edib.

Bu ölkədə keçirilən “Festival da Canção” adlı müsabiqənin qalibi elə ölkəni “Eurovision” mahnı müsabiqəsində də təmsil edəcək. Mahnıların qəbulu RTP kanalı tərəfindən keçirilib və ötən şənbə günü sona çatıb. Bu yaxınlarda iştirakçılar peşəkar münsiflər heyəti qarşısında çıxış etməyə başlayacaqlar. Lakin müsabiqədə iştirak etmək üçün öz mahnılarını göndərən məşhur sənətçilər növbəti mərhələyə avtomatik adlayacaqlar, çünki onları qiymətləndirmək üçün münsiflər heyəti qarşısında çıxış etməyə ehtiyac yoxdur.

“Festival da Canção” 2012-ci ilin martında keçiriləcək. Qalib isə Portuqaliyanı Bakıda keçiriləcək 57-ci “Eurovision” müsabiqəsində təmsil edəcək. RTP bu yaxınlarda bəzi iştirakçıların adlarını da açıqlayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR