Bank Of Baku

“Eurovision-2012” ilə bağlı promo-video çarxlarının çəkilişləri üçün seçim keçirilir - FOTOSESSİYA

“Eurovision-2012” ilə bağlı promo-video çarxlarının çəkilişləri üçün seçim keçirilir - <font color=red>FOTOSESSİYA</font>
# 06 yanvar 2012 08:39 (UTC +04:00)
APA-nın məlumatına görə, seçimə səhər saat 10-da start verilib. Müraciət edənlər arasında müxtəlif yaş kateqoriyalı insanlar var.

Bir saat müddətində 50-yə yaxın vətəndaş müraciət edib. Qatılanlar təqdim olunan blankları doldurur, hər iştirakçının “Eurovision Song Contest Bakı-2012” yazılmış plakatın qarşısında fotoları çəkilir. Seçimin nəticələri əsasında iştirakçılar ikinci mərhələyə dəvət olunacaqlar.

Bakı Biznes Mərkəzində “Eurovision” ab-havası yaşanır. Azərbaycana qələbə qazandıran Eldar və Nigarın ifa etdiyi “Running Scared”, üçüncülük qazanan “Always” mahnısı və müsabiqənin əsas hitləri mərkəzdə səsləndirilir.

Azərbaycanda bu cür kütləvi seçim ilk dəfədir keçirilir. Məqsəd tanıtım video-çarxları üçün simaların sadə vətəndaşlar arasından seçilməsi və “Eurovision” Mahnı Müsabiqəsində hamının yaxından iştirakına imkan yaradılmasıdır. Seçim bu gün saat 20-yə kimi davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR