Bank Of Baku

Macarıstanın milli seçimlərinə 200 mahnı təqdim olunub

Macarıstanın milli seçimlərinə 200 mahnı təqdim olunub
# 06 yanvar 2012 14:33 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı - APA. Macarıstanı “Eurovision 2012” müsabiqəsində təmsil etmək üçün elan edilən seçimlərə 200-dən artıq mahnı təqdim olunub. APA-nın xəbərinə görə, ölkənin müsabiqə üzrə milli yayımçısı MTV telekanalı xəbər verir ki, hazırda münsiflər heyəti onların arasından 20 ən yaxşı mahnı seçir. Onlar əvvəl yarımfinalda, sonra isə final mərhələsində təmsilçi adı uğrunda mübarizə aparacaqlar.

Bildirilir ki, hər yarımfinalda 10 iştirakçı mübarizə aparacaq. Yarımfinalçıların siyahısı bu yaxınlarda bəlli olacaq.

Qeyd edək ki, keçən il Macarıstanı “Eurovision”da “What About My Dreams?" mahnısı ilə Kati Wolf təmsil edib və 22-ci yer tutub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR