Bank Of Baku

Azərbaycanın “Eurovision-2012”-dəki təmsilçisinin seçilməsi üçün milli seçim turlarının 7-ci həftəsi başlayır

Azərbaycanın “Eurovision-2012”-dəki təmsilçisinin seçilməsi üçün milli seçim turlarının 7-ci həftəsi başlayır
# 09 yanvar 2012 10:21 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Yanvarın 9-da Azərbaycanın “Eurovision-2012”dəki təmsilçisinin seçilməsi üçün milli seçim turlarının 7-ci həftəsinə start verilir. İctimai Teleradionun İctimaiyyətlə əlaqələr və monitorinq şöbəsindən APA-ya verilən məlumata görə, Azərbaycanı “Eurovision”da təmsil etmək istəyən növbəti 9 namizəd 5 gün müddətində İctimai Televiziyanın canlı efirində yarışacaq. Bu gün 22.00-dan etibarən Erkin Osmanlı, “Ad Gloriam" qrupu, Ayla İdrisova, Kamran Abdullayev, Səbinə Babayeva, Xana Həsənova, Xəyal Tağıyev, Natiq Bağırov və Azər Səlimli yarımfinala çıxmaq uğrunda mübarizə aparacaqlar.

Namizədlər həftənin 5 günü İctimai Televiziyanın canlı efirində milli seçim turunun xüsusi proqramını yerinə yetirəcəklər. Seçim turunun proqramına əsasən bu gün onlar dünya estradasından mahnılar ifa edəcəklər. Yanvarın 13-də 7-ci həftənin qalibi məlum olacaq. Həftənin qalibi yarımfinal mərhələsinə vəsiqə qazanır. Qalibin seçimi “Eurovision” müsabiqəsinin qaydalarına uyğun olaraq həm münsiflər heyəti, həm də tamaşaçıların SMS səsverməsinə əsasən aparılır.

Qeyd edək ki, artıq 6 yarımfinalçının kimliyi məlumdur. Onlar Orxan Kərimli, Məryəm Sadıqova, Xəyyam Mustafazadə, Fəqan Səfərov, Elton İbrahimov və Adil Baxışlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR