Bank Of Baku

Gəncədə yerləşən Şah Abbas Karvansarasında əsaslı təmir işləri aparılır

Gəncədə yerləşən Şah Abbas Karvansarasında əsaslı təmir işləri aparılır
# 09 yanvar 2012 10:51 (UTC +04:00)
Karvansara təmirdən sonra 5 ulduzlu otel kimi fəaliyyət göstərəcək

Gəncə. Ayxan Hüseynov-APA. Gəncə şəhərinin mərkəzində yerləşən, 17-ci əsrdə insa edilmiş Şah Abbas Karvansarasında təmir bərpa işlərinə başlanılıb. Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, Karvansarada əsaslı restavrasiya işləri Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə aparılır. Hal-hazırda binanın qəzalı vəziyyətdə olan otaqlarında və bünövrəsində bərkitmə işləri gedir. Bundan sonra binanın dam örtüyündə olan qədimi örtüklər və dayaqlar təmir ediləcək. Restavrasiya işləri zamanı abidənin istilik, soyutma, su və havalandırma sistemi layihəyə uyğun şəkildə yenidən işlənəcək. Abidənin təmirdən sonra beş ulduzlu otel kimi fəaliyyət göstərməsi nəzərdə tutulur. Təmir işləri 2013-cü ildə sona çatdırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR