Bank Of Baku

Avropa Birliyinin maliyyələşdirdiyi Şərq Tərəfdaşlığı Mədəniyyət Proqramının internet səhifəsi fəaliyyətə başlayıb

Avropa Birliyinin maliyyələşdirdiyi Şərq Tərəfdaşlığı Mədəniyyət Proqramının internet səhifəsi fəaliyyətə başlayıb
# 09 yanvar 2012 14:59 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Tərəfdaşlığı Mədəniyyət Proqramının internet səhifəsi fəaliyyətə başlayıb (www.euroeastculture.eu).

Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən APA-ya verilən məlumata görə, başlıca məqsədi proqramın fəaliyyətinin təbliğ olunmasından ibarət olan bu səhifə, həmçinin Şərq Tərəfdaşlığı ölkələrinin mədəniyyət sahəsində təcrübə mübadilələri və müvafiq şəbəkənin qurulması üçün platforma rolunu oynayır.

İnternet səhifəsində ümumiyyətlə, proqram haqqında məlumat verilməklə yanaşı, mədəniyyət sahəsində Avropa Birliyi tərəfindən maliyyələşdirilən Şərq Tərəfdaşlığı layihələri, proqramın Regional Monitorinq və İmkanların Yaradılması Bölməsi, mədəniyyət sahəsində həyata keçirilən tədbirlər haqqında ətraflı məlumatlar yerləşdirilib. Mədəniyyət sahəsində fəaliyyət göstərən QHT-lər və nazirliyin tabeliyində olan müəssisələr tərəfindən bu internet səhifəsinin ardıcıl izlənməsi və mümkün olduqca təqdim etdiyi imkanlardan istifadə edilməsi tövsiyə olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR