Bank Of Baku

Avropa Yayım Birliyi “Eurovision-2012” müsabiqəsinə qarşı aparılan qarayaxma kampaniyası ilə əlaqədar BBC-yə xəbərdarlıq məktubu göndərəcək

Avropa Yayım Birliyi “Eurovision-2012” müsabiqəsinə qarşı aparılan qarayaxma kampaniyası ilə əlaqədar BBC-yə xəbərdarlıq məktubu göndərəcək
# 10 yanvar 2012 13:52 (UTC +04:00)
APA-nın “Toplumsalhafiza.com” saytına istinadən yaydığı məlumata görə, Avropa Yayım Birliyinin (EBU) bəzi üzvləri ötən ayın sonlarında Cenevrədə toplantı keçiriblər. Toplantıda “Eurovsion-2012” müsabiqəsinə hazırlıq işləri ilə yanaşı mediada müsabiqə ilə əlaqədar yer alan xəbərlər də müzakirə olunub. İştirakçılar müsabiqənin keçiriləcəyi binanın inşaatı, viza, təhlükəsizlik, koordinasiya kimi məsələlərlə bağlı problem olmadığını vurğulayıblar. Toplantıda iştirak edən bəzi EBU üzvləri son vaxtlar bəzi media orqanlarında müsabiqənin siyasiləşdirilməsindən narahatlıq keçirdiklərini dilə gətiriblər. Bəzi üzvlər isə BBC telekanalı ilə bağlı bu ifadələri işlədib: “BBC Azərbaycan hökumətinə və Bakıda keçiriləcək “Eurovision” müsabiqəsinə qarşı geniş kampaniya aparır. BBC-nin bu hərəkəti “Eurovision” qurumuna böyük ziyan vurmaqdadır”. İştirakçılar Daimen McGuinnessin məqaləsinin əvvəlcə dekabrın 17-də, sonra isə dekabrın 22-də BBC-nin əsas xəbər bülletenində yayımlanmasını, sonra oxşar mətnlərin “The Times”, “The Telgraph”, “The Week” kimi mətbuat orqanlarında yer almasını misal çəkiblər.

İştirakçılar Bakıda aparılan inşaat işlərinin “Eurovision”la əlaqələndirilməsi və müsabiqədən təzyiq vasitəsi kimi istifadə edilməsi barədə iddiaların əsassız olduğunu bildiriblər. Toplantının sonunda Avropa Yayım Birliyi adından BBC-yə xəbərdarlıq edilməsi qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR