Bank Of Baku

Ermənistan “Eurovision-2012” müsabiqəsində iştirakını dəqiqləşdirməyib

Ermənistan “Eurovision-2012” müsabiqəsində iştirakını dəqiqləşdirməyib
# 11 yanvar 2012 09:04 (UTC +04:00)
APA-nın news.am saytına istinadən verdiyi xəbərə görə, sözügedən saytın nümayəndəsi bu məsələ ilə bağlı ölkənin “Eurovision” müsabiqəsində nümayəndə heyətinin rəhbəri Qoar Qasparyanla əlaqə saxlamağa çalışıb. Amma sözügedən şəxs telefon zənglərinə cavab verməyib.

Ermənistan İctimai Televiziyasının rəhbəri Qaqik Bünyatyan isə öz işçisi vasitəsilə bildirib ki, bu məsələ ilə məhz Q. Qasparyana müraciət etmək lazımdır.

Xatırladaq ki, Qoar Qasparyan hələ dekabr ayında bildirib ki, Ermənistanın “Eurovision-2012” müsabiqəsində iştirak edib-etməyəcəyi Yeni İl ərəfəsində məlum olacaq. Lakin elan olunan müddət başa çatsa da, ölkənin müsabiqəyə qatılıb-qatılmayacağı hələ də açıqlanmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR