Ermənistan mətbuatı bir sıra ölkələrin Azərbaycanda keçiriləcək “Eurovision-2012”-də iştirakdan imtina etməsi barədə yalan məlumatlar yayır
Bakı. Ülkər Rəşidqızı-APA. İslandiya Azərbaycanın ev sahibliyi edəcəyi “Eurovision-2012” mahnı müsabiqəsi üçün təmsilçisinin seçimini həyata keçirir. APA-nın xəbərinə görə, hazırda bu ölkədə milli seçimlər aparılır.
Ölkənin namizədinin seçilməsi üzrə milli seçimin (Söngvakeppni Sjonvarpsins) ilk yarımfinalının iştirakçıların sıra sayı da artıq bəlli olub. «Söngvakeppni Sjonvarpsins» müsabiqəsi üç yarımfinaldan ibarətdir. Yarımfinallar yanvarın 14, 21 və 28-də keçiriləcək. İslandiyanın milli finalı isə fevralın 11-də baş tutacaq. Yarımfinallarda 15 namizəd iştirak edəcək və ilk iki yeri tutan ifaçılar finala adlayacaqlar. Səslər isə münsiflər heyəti və tamaşaçıların rəyi əsasında müəyyən olunacaq.
Almaniya da “Eurovision-2012” mahnı müsabiqəsində təmsilçi seçiminə uzun müddətdir start verib. Hətta bu məqsədlə ötən ilin sentyabrında Köln şəhərində “The Unser Star für Baku” adı altında seçim turunun ilk mərhələsini keçirilib. Almaniyanın milli seçim prosesi "Brainpool" şirkətinin təşkilatçılığı ilə keçirilir. Münsiflər heyətinə Almaniyanın ən məşhur estrada artistlərindən olan Dürr Tomas rəhbərlik edir.
İsveçin Bakı səhnəsində təmsilçisi ənənəyə uyğun olaraq “Melodifestival” vasitəsi ilə seçilir. Ötən ildən müsabiqə üçün iştirakçı seçiminə başlayan İsveç artıq 16 namizədini təyin edib. Növbəti ay isə İsveç təmsilçisinin adı müəyyənləşəcək. Bu il İsveçdən müsabiqədə iştirak üçün 3485 mahnı təklif olunub. Daha sonra seçiləcək 570 mahnı ölkənin milli televiziyasının rəsmi saytında keçiriləcək səsvermədə iştirak hüququ qazanacaq. “Melodifestival” müsabiqəsinin finalında 32 mahnı birincilik uğrunda mübarizə aparacaq. Final mərasimi peşəkar münsiflər heyəti və tamaşaçıların birgə səsverməsi ilə həyata keçiriləcək.
Danimarkada isə ölkəni “Eurovision-2012” mahnı müsabiqəsində təmsil etmək uğrunda mübarizə aparacaq finalçılar artıq müəyyənləşib. Finala 7 namizəd keçib. Danimarkanın milli seçimlərində münsiflər kürsüsündə azərbaycanlı da olub. Danimarkanın “Eurovision” müsabiqəsində təmsilçisini müəyyənləşdirmək üçün ənənəvi olaraq Dansk Melodi Grand Prix festival keçirilir. Bu il ölkənin milli finalı Olborq şəhərində keçiriləcək. Ölkənin təmsilçisinin adı isə yanvarın 21-də bəlli olacaq.
Belçika isə artıq təmsilçisini seçib. Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsində Belçikanın milli yayımçısı olan EEN telekanalı təmsilçinin adını açıqlayıb. Belçikanı 57-ci “Eurovision” mahnı müsabiqəsində 16 yaşlı Laura van den Bruel (İris) təmsil edəcək.
Onu da vurğulayaq ki, Ermənistan mətbuatında adı çəkilən ölkələrin “Eurovision -2012”də sözügedən ölkələrin təmsil olunmayacağı barədə yanlış informasiyalar yer alıb. Ölkələrdə aparılan təmsilçi seçimləri və hazırlıqlar isə yazılanların tam əksini göstərir.
Qeyd edək ki, ənənəyə uyğun olaraq bu il də Azərbaycanda keçiriləcək müsabiqədə neçə ölkənin təmsil olunacağı ilə bağlı siyahı Avropa Yayımları Birliyi tərəfindən təsdiqlənəcək və daha sonra ictimaiyyətə məlumat veriləcək. Bu siyahı isə hər il olduğu kimi yanvarın sonunda açıqlanacaq.
Mədəniyyət siyasəti
Ermənistan “Uşaq Avroviziya 2026”nın qalibi olub
Zeytun Festivalında estrada ulduzlarının konserti olub
Xalq rəssamı Fərhad Xəlilov: "İstiqlal" ordeninin şəklini hazırlayanda heç fikirləşməzdim ki, bunu alacam
Kino Agentliyi xəbərdarlıq edib: “44” filmini icazəsiz qeydə alanlar məsuliyyətə cəlb oluna bilər
Xəbər Lenti
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat dəstəyini tam bərpa edib
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Husilər Səudiyyə Ərəbistanında hava limanına və hərbi bazalara raket zərbələri endirib
Səudiyyə Ərəbistanında raket qalıqlarının düşməsi nəticəsində iki nəfər yaralanıb
ABŞ Prezidenti Rusiya ilə dizel yanacağı razılaşmasını yüksək qiymətləndirib
Deputat Arzuxan Əli-zadənin oğlu Əhməd Əli-zadə həbs edilib - YENİLƏNİB
Tramp: İranla razılaşma əldə olunmasa, hərbi əməliyyat keçirə bilərik
Tramp Ukrayna münaqişəsinin həllində irəliləyiş gözlədiyini bildirib
İngiltərə Premyer Liqası: “Liverpul” qələbə qazanıb, “Yunayted” öz meydanında darmadağın olub
U-15 dünya çempionatı: Yığmamız Avstraliya millisinə uduzub
Türkiyəli jurnalist: Oqtay Saral vəzifədən ayrıldığını təsdiqləyib
Sənan Süleymanov dünya çempionu olub
"Sabah" - "Qarabağ" qarşılaşmasında hesab açılmayıb
Ebola təhlükəsi: Uqanda 21 günlük karantin tətbiq edib
Türkiyə ilə Ermənistan arasında tarixi Ani körpüsünün bərpası üçün tender başa çatıb
Qabon sahillərində neft platforması batıb, ölən və itkin düşənlər var
Güləşçi Eldəniz Əzizli beşinci dəfə dünya çempionu olub
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi insidentlə bağlı 5 nəfər həbs edilib - YENİLƏNİB
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB-1
Fransada yeni kütləvi etirazlar və ümummilli tətil elan olunub
Böyük Britaniyada güclü fırtına fəsadlara səbəb olub
Liviyanın Baş naziri Trampın ölkəsi barədə açıqlamasına etiraz edib
Səudiyyə Ərəbistanına atılan 10 ballistik raket zərərsizləşdirilib
Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının II mərhələsi keçirilir
Braziliyada prezident seçkilərinin ikinci turu keçirilir
Fransada 1300-dən çox şəxsin saxlanıldığı toqquşmalar - FOTOLENT
Obama Tramp administrasiyasının İran siyasətini tənqid edib
Ər-Riyad hava limanında beynəlxalq uçuşlar bərpa olunub
Putin: Rusiya qazı hələ də Avropanın mayeləşdirilmiş təbii qaz bazarının 20 faizini təşkil edir
Bolqarıstanda prezident seçkiləri: 27 namizəd mübarizə aparır, ikinci tur gözlənilir
Kreml: Rusiya noyabrın 4-dən sonra ABŞ və Ukrayna ilə üçtərəfli danışıqları bərpa etməyə hazırdır
U-15 dünya çempionatı: Yığmamız Avstraliya ilə qarşılaşacaq
Bakı Bulvarında Zeytun Festivalının son günüdür - FOTOLENT
Rusiya ABŞ-a istənilən həcmdə dizel yanacağı tədarük etməyə hazır olduğunu açıqlayıb
Kreml: Putin, Si Cinpin və Trampın üçtərəfli görüşünə hazırlıq başlayıb
Husilər Ər-Riyad hava limanını yenidən vuracaqları ilə hədələyiblər
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
U-15 dünya çempionatı: Azərbaycan millisi növbəti qələbəsini qazanıb - FOTOLENT - YENİLƏNİB
Litva Avropa İttifaqında saatların dəyişdirilməsinin ləğvi üçün səsvermə təşəbbüsü ilə çıxış edib
Azərbaycanın bəzi rayonlarında yollarda görünüş məsafəsi məhdudlaşacaq
ISW: Ukrayna ordusu Rusiyanın Kupyansk istiqamətində irəliləməsinə mane olur
Ramanada tullantılar tinglərlə dəyişdiriləcək
İran ABŞ-a məxsus pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb
Serbiyada növbədənkənar parlament seçkiləri keçirilir
Rusiyanın Perm diyarına PUA hücumu olub, 5 nəfər xəsarət alıb
Sabah Bakıda yağış yağacağı, şimşək çaxacağı gözlənilir - PROQNOZ
Tovuzda avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB
FHN ölkə üzrə silsilə maarifləndirmə tədbirləri keçirib - FOTOLENT
Bakıda Kanaki və Tahiti komandalarına dəstək aksiyasından maraqlı fotolar
Yeni Kaledoniyadan dəstək aksiyasının iştirakçısı: Gənc futbolçularımızın bizi Bakıda təmsil etməsi böyük qürurdur