Bank Of Baku

Azərbaycanın “Eurovision” qalibləri xərçəngə düçar olan uşaqlar üçün Böyük Britaniyada təşkil olunacaq xeyriyyə konsertində çıxış edəcəklər

Azərbaycanın “Eurovision” qalibləri xərçəngə düçar olan uşaqlar üçün Böyük Britaniyada təşkil olunacaq xeyriyyə konsertində çıxış edəcəklər
# 11 yanvar 2012 13:56 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. «Eurovision-2012» mahnı müsabiqəsi ərəfəsində, aprelin 11-də Böyük Britaniyada “The Sage Gateshead”da (Nyukasl şəhəri) xüsusi xeyriyyə kompaniyası baş tutacaq. APA-nın məlumatına görə, tədbirin məqsədi – xərçəngdən əziyyət çəkən uşaqlar üçün vəsait yığmaqdır. Tədbirin təşkilatçısı Toma Fund-un nümayəndəsi Syu Lourens esctoday .com saytına müsahibəsində tədbirin təşkilatçısı deyib ki, öz dostları ilə artıq 21 ildir həmin gün yığışıb şənliklər həyata keçirirlər. Syu Lourens deyib ki, tədbirin məqsədi xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlar üçün 30 000 funt-sterlinq yığıb, onlara kömək etməkdir: «Böyük Britaniyada uşaqlar arasında xərçəng xəstəliyi vüsət alıb, bəziləri sağalır, bəziləri isə yox. Biz də bu xəstəliyə qarşı mübarizə etmək üçün onlara kömək edirik”. “Toma Show” adı altında baş tutacaq konsertin biletləri yanvarın 11-dən satışdadır. Tədbirdə Azərbaycanın “Eurovision” qalibləri Eldar Qasımov və Niagr Camalın da iştirakı nəzərdə tutulur. Eyni zamanda tədbirdə Böyük Britaniyanı “Eurovision”da müxtəlif illərdə təmsil edən ifaçılar və müsabiqənin digər ölkələrdən olan qalibləri də iştirak edəcəklər. Onların arasında “Eurovision”un ən birinci qalibi, isveçrəli Liz Assia, Lüksemburqdan olan qalib Anna Mari David, 1985-ci ildə qalib gələn «Bobbysocks» qrupu da var.

Qeyd edək ki, Toma Fund müstəqil xeyriyyə təşkilatıdır və Avropa Yayım Birliyi ilə heç bir əlaqəsi yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR