Bank Of Baku

Fransanın “Eurovision-2012” təmsilçisinin Bakı səhnəsindəki geyimini məşhur dizayner Jan-Pol Qotye hazırlayacaq

Fransanın “Eurovision-2012” təmsilçisinin Bakı səhnəsindəki geyimini məşhur dizayner Jan-Pol Qotye hazırlayacaq
# 12 yanvar 2012 10:07 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Bakıda keçiriləcək “Eurovision” müsabiqəsində Fransanı təmsil edəcək Anggun ifa edəcəyi mahnı və səhnədəki geyimi ilə bağlı açıqlama verib. APA-nın “esdaily-com”a istinadən verdiyi xəbərə görə, Anggun yanvarın 23-də Bakıda ifa edəcəyi mahnını təqdim edəcək. Mahnı Maroon 5 və Christina Aguilera tərəfindən ifa olunan “Move like Jagger” stilinə bənzəyəcək. Mahnının müəəlifləri Jan-Pyer Pilo və Uiliem Rosodur.

Anggun müsabiqədə geyəcəyi paltar haqda da məlumat verib. O qeyd edib ki, geyimi məşhur fransız dizayner Jan-Pol Qotye hazırlayacaq.

Qeyd edək ki, Fransa birbaşa mayın 26-da keçiriləcək “Eurovision” finalında çıxış edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR