Bank Of Baku

İtaliya “Eurovision-2012”də iştirakını təsdiqləyib

İtaliya “Eurovision-2012”də iştirakını təsdiqləyib
# 12 yanvar 2012 13:13 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. İtaliya Bakıda keçiriləcək “Eurovosion-2012” mahnı müsabiqəsində iştirak edəcəyini təsdiqləyib. APA-nın “escdaily.com”a istinadən yaydığı xəbərə görə, ölkənin RAİ 4 və RAİ 5 telekanalları mayın 22-24-də Bakıda keçiriləcək müsabiqənin yarımfinal, RAİ 2 və RAİ 3 isə final mərhələsini yayımlayacaq.

İtalyanın Eurovision təmsilçisini ənənəvi olaraq ən populyar Sanremo musiqi şousu müəyyənləşdirir. Keçən il Sanremonun qalibi olan və İtaliyanı mahnı yarışmasında təmsil edən Rafael Gualazzi ikincilik qazanıb. Builki Sanremo müsabiqəsi 14-18 fevralda keçiriləcək.

Qeyd edək ki, İtaliya müsabiqənin birbaşa finalında çıxış edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR