Bank Of Baku

“Evrovision-2012" mahnı müsabiqəsi ilə əlaqədar Bakıdakı mehmanxanalarda yanğın təhlükəsizliyi tədbirləri gücləndiriləcək

“Evrovision-2012" mahnı müsabiqəsi ilə əlaqədar Bakıdakı mehmanxanalarda yanğın təhlükəsizliyi tədbirləri gücləndiriləcək
# 13 yanvar 2012 13:21 (UTC +04:00)
APA-nın «Fövqəladə Hallar» qəzetinin saytına istinadən verdiyi məlumata görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətində (DYNX) 2011-ci ildə görülmüş işlərin müzakirəsinə həsr olunmuş müşavirədə tapşırıq verilib.

Bununla bağlı DYNX-nin qurumlarına mehmanxana və mehmanxana tipli obyektlərdə yanğın təhlükəsizliyi tədbirləri gücləndirmək, mehmanxana işçiləri ilə yanğına qarşı təbliğat xarakterli maarifləndirmə işləri aparmaq, yanğın təhlükəsizliyi qaydalarının tələblərinə əməl olunmasına nəzarəti gücləndirmək, qanunvericilikdə nəzərdə tutulmuş zəruri texniki-təşkilati tədbirləri həyata keçirməsini nəzarətə götürmək və s. tapşırılıb.

Müşavirədə DYNX rəisi, daxili xidmət general-mayoru Elmar Hüseynov "2011-ci ildə respublika ərazisində yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələr" mövzusunda məruzə edib. Xidmət rəisi qeyd edib ki, FHN, həmçinin digər qurumlar tərəfindən yaşayış yerlərində, əhali arasında mütəmadi olaraq maarifləndirmə işləri aparılmasına baxmayaraq, hələ də qaz təsərrüfatı ilə bağlı texniki və yanğın təhlükəsizliyi qaydalarının tələbləri istehlakçılar tərəfindən kobudcasına pozulur və nəticədə insanlar həyatını itirir, maddi sərvətlər məhv olur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR