Bank Of Baku

Azərbaycanın “Eurovision” qalibləri Danirmarkanın “Eurovision -2012” təmsilçisinin seçilməsində münsif heyətində təmsil olunurlar

Azərbaycanın “Eurovision” qalibləri Danirmarkanın “Eurovision -2012” təmsilçisinin seçilməsində münsif heyətində təmsil olunurlar
# 14 yanvar 2012 12:24 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycanın “Eurovision” qalibləri Eldar Qasımov və Nigar Camal, üçüncülük qazanan Aysel Teymurzadə, tanınmış prodüser-bəstəkar İsa Məlikov və “Eurovision” milli seçimlərində iştirak edən Dilarə Kazımova Danimarkanın təmsilçisinin müəyyənləşməsi üçün keçirilən seçimlərdə münsif kimi iştirak edirlər. APA-nın müsabiqənin rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, münsiflər heyətində Azərbaycanla yanaşı, son dörd ildə müsabiqədə qalib gələn ölkələrdən nümayəndələr təmsil olunurlar. Bu sırada Rusiyadan müsabiqə təmsilçisi Aleksey Vorobyov, Anna Kulikova, Norveçdən Aleksandr Rıbak, Almaniyadan Peter Bergener, Roger Cicero və başqaları da var.
Ölkənin təmsilçisinin adı isə yanvarın 21-də bəlli olacaq. Müsabiqənin qaydalarına əsasən, nəticələrin hesablamasında 50% tamaşaçıların, 50 % isə münsiflər heyətinin rəyi nəzərə alınacaq. Milli seçimlər Dansk Melodi Grand Prix adı altında baş tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR