Bank Of Baku

İtaliya sahillərində qəzaya uğrayan gəmidə Niderlandın “Eurovision” təmsilçisi də olub

İtaliya sahillərində qəzaya uğrayan gəmidə Niderlandın “Eurovision” təmsilçisi də olub
# 16 yanvar 2012 07:05 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. İtaliya sahillərində qəzaya uğrayan “Costa Concordia” gəmisində “Eurovision” mahnı müsabiqəsində Niderlandın təmsilçisi də olub. APA-nın müsabiqənin rəsmi internet saytına istinadən yaydığı məlumata görə, dünyanın ikinci “Titanik”i adlandırılan bu gəmidə 1989-cu ildə “Eurovision” müsabiqəsində Niderlandı təmsil edən Justine Pelmelay da bu hadisədən sağ çıxıb. Partnyoru ilə birgə gəmidə yola çıxan müğənnini öz facebook sosial şəbəkəsindəki statusunda sağ-salamat olduğunu, səhhətində heç bir problem olmadığını bildirib.
Gəmidən sağ çıxanlar bu hadisəni “Titanik” gəmisində baş verən hadisəyə bənzətdiklərini, orada olan insanlar kimi sürünə-sürünə vəziyyətdən çıxdıqlarını bildiriblər.
Qeyd edək ki, Costa Concordia gəmisi sualtı qayalara dəyəndən sonra çevrilib, gəmidə 4299 adam olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR