Bank Of Baku

Yanvarın 20-də Gənc Tamaşaçılar Teatrında “Açıq qapı” günü keçiriləcək

Yanvarın 20-də Gənc Tamaşaçılar Teatrında “Açıq qapı” günü keçiriləcək
# 16 yanvar 2012 12:01 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Yanvarın 19-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 20 yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş “Açıq qapı” günü keçiriləcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, həmin gün əvvəlcə teatrın kollektivi yanvar faciəsində həlak olanların xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət edəcək. Daha sonra teatrda yazıçı-dramaturq Tamara Vəliyevanın 20 yanvar hadisəsinə həsr olunmuş “Mənim ağ göyərçinim” tamaşası nümayiş olunacaq. Tamaşanın quruluşçu rejissoru xalq artisti Cənnət Səlimovadır.

“Açıq qapı”da 20 yanvar faciəsinin şahidləri, Qarabağ müharibəsi iştirakçılarının ailələri, müharibə veteranları və ümumtəhsil məktəblərinin şagirdləri iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR