Bank Of Baku

Makedoniya təmsilçisinin “Eurovision”da ifa edəcəyi mahnı bəlli olub

Makedoniya təmsilçisinin “Eurovision”da ifa edəcəyi mahnı bəlli olub
# 17 yanvar 2012 14:37 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsində Makedoniyanı təmsil edəcək Kaliopinin ifa edəcəyi mahnı təsdiqlənib. APA-nın məlumatına görə, Makedoniyanın “Eurovision” üzrə yayımçısı MKR TV Romeo Grill adlı bəstəkarın mahnısına üstünlük verib.

R. Grill Kaliopinin hit olan mahnılarının bəstəkarıdır. Mahnı“Black and White” (Ağ və Qara) adlanır. Mahnının sözləri Kaliopinin özünə aiddir.

Qeyd edək ki, Kaliopi artıq öz ölkəsini bir dəfə “Eurovision”da təmsil edib. O, 1996-cı ildə Olsoda keçirilən müsabiqəyə qatılsa da, uğur qazana bilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR