Bank Of Baku

“Eurosport” telekanalında Azərbaycan haqqında təşviqat-təbliğat kampaniyası aparılacaq

“Eurosport” telekanalında Azərbaycan haqqında təşviqat-təbliğat kampaniyası aparılacaq
# 18 yanvar 2012 07:58 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Avropanın məşhur “Eurosport” televiziya kanalının nümayəndələri ilə görüşüb. Nazirliyin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən APA-ya məlumata görə, görüş zamanı 2012-ci ilin birinci yarısında “Eurosport” telekanalında Azərbaycan haqqında təşviqat-təbliğat kampaniyasının aparılması, reklam çarxlarının yayımlanması məsələləri müzakirə edilib. 2012-ci ilin ikinci yarısında təşkil ediləcək təşviqat kampaniyası Avropada Azərbaycan haqqında məlumatlılığın daha da artırılması, turizm potensialının geniş kütləyə çatdırılması məqsədi daşıyacaq.

Qeyd edək ki, “Eurosport” Avropa telekanalları arasında izləyici kütləsinə görə ilk yerlərdən birini tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR