Bank Of Baku

Milli Dram Teatrında 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş “Açıq qapı” günü keçiriləcək

Milli Dram Teatrında 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş “Açıq qapı” günü keçiriləcək
# 18 yanvar 2012 09:56 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Akademik Milli Dram Teatrında 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş “Açıq qapı” günü keçiriləcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yazıçı-dramaturq Hüseynbala Mirələmovun eyni adlı pyesi əsasında hazırlanmış “Xəcalət” tamaşası nümayiş olunacaq.

Tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı əməkdar rəssam İsmayıl Məmmədov, bəstəkarı xalq artisti Səyavuş Kərimidir. Tamaşada xalq artistləri Nurəddin Mehdixanlı, Ramiz Novruz, əməkdar artistlər Mətanət Atakişiyeva, Əsgər Məmmədoğlu, aktyorlar Əlvida Cəfərov, Məzahir Cəlilov və Xədicə Novruzlu çıxış edirlər.

Tamaşaya giriş pulsuzdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR