Bank Of Baku

Hövsan qəsəbəsində yerləşən 37 nömrəli Uşaq Musiqi Məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib

Hövsan qəsəbəsində yerləşən 37 nömrəli Uşaq Musiqi Məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib
# 19 yanvar 2012 14:27 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. Hövsan qəsəbəsində yerləşən 37 nömrəli Uşaq Musiqi Məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, məktəbin mühəndis-kommunikasiya sistemi yeniləşdirilib, maddi-texniki bazası möhkəmləndirilib. Tədris müəssisəsi zəruri musiqi alətləri, inventar və avadanlıqla tam təchiz olunub. Bakı şəhər 37 nömrəli Uşaq Musiqi Məktəbi 1991-ci ildən fəaliyyət göstərir. Hazırda məktəbdə fortepiano, skripka, tar, kamança, saz, qarmon, nağara, xanəndə, klarnet ixtisasları üzrə 230 şagird təhsil alır, 50-dən çox müəllim çalışır.

Məktəbin binası dövlət başçısının sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində tədbirlər planına uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən əsaslı təmir etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR