Bank Of Baku

Yanvarın 25-də “Eurovision 2012”nin rəmzi açarının təhvil verilməsi mərasimində müsabiqənin konsepsiyası təqdim olunacaq

Yanvarın 25-də “Eurovision 2012”nin rəmzi açarının təhvil verilməsi mərasimində müsabiqənin konsepsiyası təqdim olunacaq
# 21 yanvar 2012 08:03 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. Yanvarın 25-də “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi edən Bakıda bir neçə təntənəli mərasim keçiriləcək. “Eurovision-2012” İşçi Qrupundan APA-ya verilən məlumata görə, həmin gün “Buta Palace”da müsabiqənin Açar Təqdimetmə Mərasimi, müsabiqədə təmsil olunan ölkələrin yarımfinal mərhələləri üzrə püşkatması və “Eurovision-2012”nin loqo və şüarının prezentasiyası olacaq. Müsabiqənin əsas mərasimlərindən olan bu mərasimdə “Eurovision 2011”ə ev sahibliyi etmiş Düsseldorf şəhərinin meri Dirk Elsbers “Eurovision” müsabiqəsinin rəmzi açarını Bakı şəhərinin meri Hacıbala Abutalıbova təqdim edəcək. Bununla da Bakı “Eurovision 2012”yə ev sahibliyini rəsmən qəbul edəcək. “Buta Palace”da keçiriləcək Açar Təqdimetmə Mərasimindən sonra “Eurovision-2012”də yarımfinallarda iştirak edəcək 37 ölkə arasında püşkatma olacaq. Həmçinin "Böyük beşliyin" (Fransa, Almaniya, İtaliya, İspaniya, Böyük Britaniya) və keçən ilki müsabiqənin qalibi olan Azərbaycanın hansı yarımfinalda yarışacağı da müəyyən olunacaq. Yarımfinal mərhələlərində iştirak edən ölkələrin “Eurovision 2012”də çıxış ardıcıllığı isə mart ayında nümayəndə heyətləri rəhbərlərinin görüşü zamanı keçiriləcək püşkatma nəticəsində bəlli olacaq. Tədbirin vacib məqamlarından biri isə “Eurovision-2012”nin konsepsiyasının təqdimatı olacaq. “Möhtəşəm “Eurovision “axşamında Azərbaycanın ev sahibliyi edəcəyi müsabiqənin loqo və şüarı açıqlanacaq.
2004-cü ildən etibarən “Eurovision”a ev sahibliyi edən ölkənin bayrağı əks olunmuş ürək şəkilli logosu var. Buna baxmayaraq hər il ev sahibi olan ölkə həmin loqoya dəstək olaraq öz loqosunu, başqa sözlə müsabiqənin konsepsiyasının bədii təsvirini təqdim edir.
“Eurovision- 2012”nin ilk təntənəli tədbirində Avropa Yayımları Birliyinin nümayəndələri iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR