Bank Of Baku

Emin Ağalarov Moskvada konsert verəcək

Emin Ağalarov Moskvada konsert verəcək
# 22 yanvar 2012 15:39 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Tanınmış müğənni və bəstəkar Emin Ağalarov Moskva və Sankt-Peterburq şəhərlərində silsilə konsertlər verəcək.

APA-nın müğənninin rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, Sankt-Peterburq şəhərindəki konsert fevralın 11-də “Lenkonsert”, eləcə də fevralın 13-də “Buz sarayı” salonlarında baş tutacaq.

Müğənninin fevralın 14-də Moskvanın “Olimpiyskiy” zalında keçiriləcək konsertində isə Rusiyanın tanınmış səhnə ulduzları da iştirak edəcəklər. Proqrama tanınmış müğənni və bəstəkarın hitləri ilə yanaşı, yeni mahnıları da daxil ediləcək.

E. Ağalarovun iki konserti “Big Love Show” adı altında, fevralın 11-dəki konserti isə yeni singlin təqdimatına həsr olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR