Bank Of Baku

Azərbaycanın “Eurovision-2012”dəki təmsilçisinin seçilməsi üçün milli seçim turlarının sonuncu həftəsinə start verilir

Azərbaycanın “Eurovision-2012”dəki təmsilçisinin seçilməsi üçün milli seçim turlarının sonuncu həftəsinə start verilir
# 23 yanvar 2012 08:40 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Yanvarın 23-də Azərbaycanın “Eurovision-2012”dəki təmsilçisinin seçilməsi üçün milli seçim turlarının sonuncu, 8-ci həftəsinə start verilir. İctimai Teleradionun İctimaiyyətlə əlaqələr və monitorinq şöbəsindən APA-ya verilən məlumata görə, Azərbaycanı “Eurovision”da təmsil etmək istəyən növbəti 9 namizəd 5 gün müddətində İctimai Televiziyanın canlı efirində yarışacaq. Bu gün saat 22.00-dan etibarən Tofiq Hacıyev, Rinat Alimov, Arzu İsmayılova, Əli Məmmədli, Ülkər Quliyeva, Abbas Kərimli, Zaur Əmiraslanov, Ülvi Rəşidov və “Caspian Dremers” qrupu yarımfinala çıxmaq uğrunda mübarizə aparacaqlar.

Namizədlər həftənin 5 günü İctimai Televiziyanın canlı efirində milli seçim turunun xüsusi proqramını yerinə yetirəcəklər. Seçim turunun proqramına əsasən bu gün onlar dünya estradasından mahnılar ifa edəcəklər. Yanvarın 27-də 8-ci həftənin qalibi məlum olacaq. Həftənin qalibi yarımfinal mərhələsinə vəsiqə qazanır. Qalibin seçimi “Eurovision” müsabiqəsinin qaydalarına uyğun olaraq həm münsiflər heyəti, həm də tamaşaçıların SMS səsverməsinə əsasən aparılır.

Qeyd edək ki, artıq 7 yarımfinalçının kimliyi məlumdur. Bu həftə isə sonuncu yarımfinalçı seçiləcək və 8 namizəd yarımfinal mərhələsində növbəti mərhələyə çıxmaq uğrunda yarışacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR